DƏRİN FOKUSLU ZƏLZƏLƏ

zəlzələ ocağının 300-700 km dərinlikdə yerləşməsilə səciyyələnir. Sakit okean həlqəsi üçün xarakterikdir. землетрясение глубокофокусное deep-focus earthquake
DƏRİN DƏNİZ ÇÖKƏKLİYİ
DƏRİN KARST
OBASTAN VİKİ
Zəlzələ
Zəlzələ — yeraltı zərbələr və Yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunur. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər. Yer səthində zəlzələlər yerin silkələnməsi, yerdəyişməsi və ya parçalanması ilə özünü göstərir. Böyük zəlzələnin episentri dənizdə yerləşdikdə, dənizin dibi sunamiyə səbəb olacaq qədər yerdəyişmə ola bilər. Zəlzələlər həmçinin sürüşmələrə səbəb ola bilər. Ən ümumi mənada zəlzələ sözü seysmik dalğalar yaradan hər hansı bir seysmik hadisəni — istər təbii, istərsə də insanlar tərəfindən törədilmiş hadisəni təsvir etmək üçün istifadə olunur. Zəlzələlər əsasən geoloji qırılmaların qırılması ilə yanaşı, vulkanik fəaliyyət, sürüşmə, mina partlayışları və nüvə sınaqları kimi digər hadisələrlə də baş verir. Zəlzələnin ilkin qopma nöqtəsi onun hiposentri adlanır. Zəlzələ mərkəzi hiposentrin birbaşa üstündə yer səviyyəsində olan nöqtədir.
Dərin Web
Deep web — məzmunu standart veb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən Ümumdünya hörümçək toru hissəsidir. Termini elmə ilk dəfə kompüterşünas alim Maykl K. Berqman 2001-ci ildə, axtarış-indeksləmə termini kimi gətirmişdir. Brauzerlərin İnternetin ilk tarixlərindən indeksləşdirə bilmədiyi məlumatları ehtiva edən minlərlə əlaqədən ibarət olan bir sistemdir. Normal axtarış sistemləri ilə tapılmayan bütün saytlar Dark vebə daxil edilmişdir. Veb saytlar müxtəlif səbəblərdən görünməməsini istəyə bilər. Misal üçün; Kitabxana arxivləri, dövlət və özəl şirkət məlumatları kimi hər kəs tərəfindən tez-tez görünməsi istənilməyən və ya indeksləşdirilməsi çətin olan məzmunu ehtiva etdikləri üçün Brauzerlərdə göstərilmək istəmirlər. Bunlardan başqa flash saytlar, ajax olan saytlar (jQuery ilə işləyən), şifrə ilə daxil edilmiş saytlar, ftp saytları da Brauzerlər tərəfindən oxunması çətin olduğundan Deep veb-ə daxil edilir. Forumlardakı və saytlardakı sistem və admin qovluqları da təhlükəsizlik zəifliklərindən qaçınmaq üçün axtarış nəticələrində avtomatik olaraq göstərilmir. Fərqli axtarış sistemlərindən istifadə edərək dərin şəbəkəyə çatmaq mümkündür və istifadəçi təhlükəsizliyi üçün bu keçidlər normal brauzerlərdə açılmır. Kaliforniya Universitetinin bir araşdırmasına görə, 2001-ci ildə 7,5 petabayt məlumatın Dark webdə olduğu təxmin edilirdi.
Dərin dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Dərin öyrənmə
Dərin öyrənmə — təmsil öyrənmə yolu ilə süni neyron şəbəkələrə əsaslanan maşın öyrənmə metodlarının alt dəsti. "Dərin" sözü şəbəkədə çoxlu təbəqələrin istifadəsinə aiddir. İstifadə olunan üsullar nəzarətli, yarı nəzarətli və ya nəzarətsiz ola bilər. Dərin neyron şəbəkələr, dərin etimad şəbəkələri, təkrarlanan neyron şəbəkələr, konvolyusiya neyron şəbəkələr və transformatorlar kimi dərin öyrənmə arxitekturaları kompüter görüşü, nitqin tanınması, təbii dilin emalı, maşın tərcüməsi, bioinformatika, dərman hazırlanması, tibbi şəkil təhlili, klimatologiya, material analizi və stolüstü oyun proqramları kimi sahələrə tətbiq edilmişdir. Burada onlar insan ekspert performansı ilə müqayisə edilə bilən və bəzi hallarda onları üstələyən nəticələr əldə etmişlər. Süni neyron şəbəkələri (SNŞ) bioloji sistemlərdə informasiyanın emalı və paylanmış kommunikasiya qovşaqlarından ilhamlanaraq yaradılmışdır. SNŞ-lərin bioloji beyinlərdən müxtəlif fərqləri mövcuddur. Xüsusilə, süni neyron şəbəkələri statik və simvolik olur, əksər canlı orqanizmlərin bioloji beyni dinamik (plastik) və analoqdur. SNŞ ümumiyyətlə beyin funksiyası üçün aşağı keyfiyyətli modellər kimi qəbul edilir. Dərin öyrənmə, xam daxiletmə məlumatlarından daha yüksək səviyyəli xüsusiyyətləri mərhələli olaraq çıxarmaq üçün çoxlu qatlardan istifadə edən maşın öyrənmə alqoritmləri sinfidir.:199–200 Məsələn, şəklin emalı zamanı aşağı təbəqələr kənarları, yüksək təbəqələr isə rəqəmlər, hərflər və ya üzlər kimi insana aid olan anlayışları müəyyən edə bilər.
Qansuda zəlzələ
Qansu zəlzələsi — Qansu əyalətində baş vermiş təbii fəlakət. Çinin Qansu əyalətində 16 dekabr 1920-ci ildə baş vermiş dəhşətli zəlzələ ölkə üçün böyük fəlakətə çevrildi. İnsan tələfatının miqyasları onunla izah edilir ki, bu yerlər "lyoss ölkəsi" adlanan ərazinin tən ortasında yerləşirdi. Xatırladaq ki, lyoss açıq sarı rəngli, kövrək, narın torpaqdır və buralara küləklər vasitəsilə Qobi səhrasından hələ dördüncü dövrdən gətirilmişdir. Güclü yeraltı təkan lyossdan ibarət təpəcikləri hərəkətə gətirərək, burada məskən salan və mağara evlər düzəldən insanları bir an içərisində elə evlərindəcə məhv etdi. Zəlzələyə məruz qalan rayonların biri sonralar Ölüm vadisi adını aldı, çünki zəlzələ nəticəsində ətraf dağlardan sürüşən torpaq qatları aşağıya doğru hərəkət edərək, yaşayış məntəqələrini və kənd təsərrüfatı sahələrini bir göz qırpımında yox etdi. Baş vermiş zəlzələ bir çox sürüşmələrə yol açdı. Lyoss süxurlarının sürüşməsi və çökməsi nəticəsində böyük ərazilər qalın qum qatı altinda qalaraq,böyük faciəyə yol açdı. 1920-ci ildə Çinin Qansu vilayətində baş vermiş bu qorxunc zəlzələ nəticəsində 200000-dən artıq insan həlak oldu, ölkəyə iri miqyasda maddi ziyan dəydi.
Sualtı zəlzələ
Sualtı zəlzələ — su hövzəsi, xüsusilə okean dibində baş verən zəlzələ. Bu cür zəlzələ tipi sunamiyə səbəb olur. Elmi cəhətdən də Rixter şkalası və ya Mercalli şkalası ilə ölçülə bilər. Hərəkətli plitələr tektonikası sualtı zəlzələlərin səbəbini izah etməyə kömək edir.
Zəlzələ Surəsi
99-cu surə
Zəlzələ adası
Zəlzələ adası (urdu زلزلہ جزیرہ) — Ərəbistan dənizində, Pakistana məxsus olan, 24 sentyabr 2013-cü ildə Paddi Zirr şelfində zəlzələdən sonra meydana gələn ada. Ada zəlzələdən sonra Qvadar şəhəri sahilindən 600 metr aralıda meydana gələn gəlmişdir. Onun uzunluğu 200 metr, eni 30 m, hündürlüyü 6 – 12 m-dir. Adanın suxurları narın qum və bərk suxurdan ibarətdir.
Zəlzələ ocağı
Zəlzələ ocağı (rus. очаг землетрясения, ing. seismic focus, focus of earthquake) — uzun müddət toplanmış enerjinin boşalması sayəsində kütlənin çox sürətlə yerdəyişməsinə səbəb olan, yeraltı təkanın yarandığı sahə. Zəlzələ ocağı Yer qabığında və ust mantiyada yerləşir və adətən geoloji qırılmalara uyğun gəlir. Seysmoqramlarda seysmik dalğaların analizi (seysmik dalğaların gəlmə anlarının, onların baş-lanğıclarının işarələrinin, maksimum ampli-tudlarının və onlara uyğun periodlarının təyini və s.) əslində zəlzələ ocağının bu və ya digər para-metrlərini müəyyənləşdirməsinə xidmət edir. Zəlzələ ocağının koordinatlarını təyin etmə metodları müxtəlif olsa da onların əsasını bir prinsip təşkil edir. Bu prinsip zəlzələnin episentri ilə müşahidə məntəqəsi arasındakı məsafəyə və sey-smik dalğaların bu məsafəni keçmə müddətlərinə əsasən təyin edilməsindən ibarətdir. (Maksimum yazının əvvəlindən aşağıdakı intervallarda yerləşir: A- 4–10 san. intervalında, JK-a, b; JKM-v, q. B- 25saniyəyə qədər olan intervalda, JK-a, b; JKM-v, q V- 25 saniyəyə qədər olan intervaldan sonra,.
Dərin Paket Təftişi
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması da adlanır) – şəbəkə paketlərinin süzülməsinin bir formasıdır; təftiş nöqtəsinə keçdikdə paketin məlumat hissəsini (və ehtimal ki, onun başlığını) paketin keçib-keçməyəcəyinə və yaxud başqa məntəqəyə yönləndirilməli olduğuna qərar vermək, yaxud statistik məlumatlar toplamaq üçün protokollara uyğunsuzluq, viruslar, spam, müdaxilələr və yaxud müəyyən olunmuş kriteriyalar yoxlanır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Kola dərin quyusu
Kola dərin quyusu (rus. Кольская сверхглубокая скважина) — dünyada ən dərin quyu olub elmi əhəmiyyət kəsb edir. SSRİ-də son dərəcə dərin quyular sisteminin bir hissəsi olmuşdur. Nikel qəsəbəsindən 15 km şərqdə və Zapolyarnıy şəhərindən 12 km qərbdə yerləşir. 1997-ci ildə o, Ginnesin Rekordlar Kitabına yer qabığına ən dərin insan nüfuzetməsi kimi daxil edilmişdir və bu günə qədər də bu rekord qalmaqdadır. O, həmçinin Maersk Oil BD-04A neft quyusunun (12 290 m, Qətər) qazıldığı 2008-ci ilə qədər dünyanın ən uzun quyusu olmuşdur. Hazırda isə, ən uzun quyu Saxalin şelfində neft hasilatı üçün qazılan Z-44 Çayvodur (Rusiya) - 15 km (rekord 2017-ci ildə müəyyən edilib). 1970-ci ildən 1991-ci ilə qədər fasilələrlə aparılan qazma işləri nəticəsində Kola quyusunun dərinliyi 12 262 metrə çatmışdır. Onun yuxarı hissəsinin diametri 92 sm, aşağı hissəsinin diametri 21,5 sm-dir. 1994-cü ildə bir sıra qəzalardan sonra quyu bağlanmışdır.
Aleut adalarında zəlzələ
Aleut adalarında zəlzələ — 1946-cı il aprelin 1-də baş vermiş zəlzələ. Alyaska sahillərinin yaxınlığında, Aleut adaları rayonunda baş vermiş zəlzələ nəticəsində nəhəng dəniz dalğaları əmələ gəlib, Havay adalarına və Kaliforniyaya böyük ziyan vurmuşdur.
Azərbaycanda zəlzələ ocaqları
Zəlzələ — Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin ani titrəməsi. Zəlzələlər təbiətin ən dəhşətli hadisələrindəndir. Hər dəfə fəlakətli zəlzələlər minlərlə insan tələfatına, böyük həcmli iqtisadi itgilərə səbəb olurlar. Analiz göstərir ki, Yerdə baş verən kataklizmlərin yarısından çoxu seysmik fəlakətlərdir. 1755-ci il noyabrın 1-də Atlantik okeanında baş verən zəlzələ çox geniş ərazidə (yüzlərlə kilometr məsafədə) dağıntılara səbəb olmuşdur. Zəlzələ ocağına ən yaxın məsafədə yerləşən Lissabon şəhərinin böyük hissəsi yerlə yeksan olmuş, 15000-ə yaxın ev dağılmış, 50000 nəfərə yaxın insan tələf olmuşdur. Zəlzələ zamanı okean dibinin titrəyişi sunami əmələ gətirmiş, hündürlüyü 30m-ə yaxın olan dəniz dalğaları nəinki yaxındakı Lissabon sahillərində, hətta İngiltərə, Fransa, Almaniya sahillərində də dağıntılara səbəb olmuşdur. İri su dalğaları həmçinin cənubi Amerika sahillərində də müşahidə olun¬muşdur. 1906-cı il aprelin 18-də Kaliforniyada iri San-Andreas qırılmasında baş verən qəfləti üfüqi yerdəyiş¬mə güclü zəlzələyə səbəb olmuş, San-Fransisko şəhəri dağılmaqla bərabər, böyük yanğınlara məruz qalmışdır. Qırılma zonasında yerdəyişmənin amplitudu 7 m-ə çatmışdır.
Kraysterçdə zəlzələ (2016)
Kraysterçdə zəlzələ — 14 fevral 2016-cı ildə Yeni Zelandiyanın Kraysterç şəhərində 5,9 bal gücündə baş verən zəlzələ. Yeraltı təkanlar Kraysterç şəhərindən 17 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Peruda zəlzələ (1970)
Ankaş zəlzələsi — 1970-ci ildə Peruda baş vermiş 7,9 ballıq zəlzələ. Zəlzələ nəticəsində 70 min insan həyatını itirmişdir.
Yalova zəlzələ abidəsi
Yalova zəlzələ abidəsi (türk. Yalova Deprem Anıtı) və ya 17 Avqust 1999 zəlzələ abidəsi (türk. 17 Ağustos 1999 Deprem Anıtı) ― Türkiyənin Yalova şəhərində İzmit zəlzələsi qurbanlarının xatirəsini qoyulmuş abidə. Yalovadaki 17 Avqust memorial parkında yerləşən abidə 17 Avqust 2000-ci ildə, zəlzələnin birinci ildönümündə açılmışdır. 1999-cu ilin 17 avqustunda Türkiyənin şimal-qərbindəki Yalova, Kocaeli və İstanbul illərində 7,4 bal gücündə güclü zəlzələ baş verdi və təxminən 18 000 adamın ölümünə səbəb oldu. Yalovada meydana gələn zəlzələnin ziyanının dərəcəsi rəsmi olaraq 2 508 nəfər ölü və sökülməli olan 13 939 ziyan çəkmiş ev olaraq qeyd edilmişdir. Qeyri-rəsmi hesablamalara görə isə ölənlərin sayı daha çoxdur. Zəlzələ nəticəsində 15 237 yikili orta dərəcədə, daha 12 878 tikili isə nisbətən daha az zərər görmüşdür. Zəlzələdən dərhal sonra Yalovada təmizlik və bərpa işləri başladı və dağılmış binaların dağıntıları birbaşa sahilindəki Mərmərə dənizinə atıldı. Təmizləmə işləri başa çatdıqdan sonra dənizə əlavə edilmiş quru sahəsi 65 000 kvadrat kilometr ərazini əhatə edirdi.
Dərin boğaz (film, 1972)
Dərin boğaz (ing. Deep Throat) — 1972-ci ilin yayında yayımlanan Amerika porno filmidir. Linda Lovelace (Linda Susan Boreman) adlı aktrisanın baş rol aldığı filmin ssenari müəllifi və rejissoru Cerard Damianodur. Ekranlara çıxdığı andan etibarən bir hadisə yaratmış, bir çox kinoteatrlarda nümayiş olunmuş və böyük müvəffəqiyyətlər qazanmışdır. Bütün dövrlərin ən təsirli və sensasiyalı porno filmi hesab olunur. Böyük Britaniyada film nümayiş olunduqdan sonra qadağan edilmiş, 10 il sonra isə bu qadağa məhkəmələr tərəfindən təsdiqlənərək qüvvədə saxlanılmışdır. Filmin kəsilməmiş DVD-si nəhayət, 2000-ci ildə R18 reytinqi əldə etməyi bacarır və bu lisenziya ilə Böyük Britaniyada seks mağazalarında satılmağa imkan qazanır. Cinsi problemləri olan qadın (Linda Lavleys, Linda personajını canlandırır) dostu Helendən (Dolly Sharp) kömək istəyir, o da öz növbəsində, Lindaya həkimə müraciət etməyi məsləhət görür. Həkim (Harri Reems) Lindanın klitorunun boğazında olduğunu görür. Daha sonra Linda evlənəcəyi kişini tapana qədər xüsusi oral seks (filmin adı da buradan götürülmüşdür) texnikasını tətbiq edir.
Ən dərin (film, 1965)
Film qocaman neftçi Gülbala Əliyevin rəhbərliyi altında briqadanın qazdığı Avropada ən dərin neft quyusu haqqında söhbət açır.
İtaliyanın mərkəzində zəlzələ (2016)
İtaliyanın mərkəzində zəlzələ (it. Terremoto del Centro Italia del 2016) — 2016-cı ilin 24 avqust tarixində yerli vaxtla 03:36-da İtaliyanın mərkəzi Latsio və Umbriya vilayətlərində yerin 10 km dərinliyində 6.4 bal gücü təsirində baş vermiş zəlzələ. Zəlzələdən sonra 40-dan çox güclü təkan qeydə alınmışdır. Yeraltı təkanların 6.4 maqnituda səviyyəsində olduğu təxmin edilir. Hadisə nəticəsində Akkumoli şəhərində azı 6 nəfər ölüb, Arkuata del Trontoda 2, Amatriçedə 5 nəfər dünyasını dəyişib. Bundan əlavə, Peskara del Tronto şəhərində bir uşaq həyatını itirib. Hadisədən sonra 294 nəfərin həlak olduğu, 150 nəfərin itkin düşdüyü bildirlir. İtaliyanın mərkəzində baş vermiş zəlzələ nəticəsində Abruçço və ətraf bölgələrdə 65 mindən çox insan evsiz qalıb.
Şərqi Azərbaycanda zəlzələ (2019)
Şərqi Azərbaycan zəlzələsi (2019) — 2019-cu il 8 noyabr tarixində yerli vaxtla 03:17-də baş vermiş zəlzələ. Dərinliyi 20 km olan 5.9 bal gücündə təbii fəlakət. İran cənubda Bitlis-Zaqros qurşağından Böyük Qafqaz dağlarına, şimalda Abşeron-Balkan silsiləsindən Kopetdağ dağına qədər uzanan Ərəbistan plitəsi ilə Avrasiya plitəsi arasında yerləşir. Bu plitələrin toqquşması 3,000,000 km2 sahədə kontinental qabığın deformasiya olunmasına səbəb olur. Bu yer üzərində ən geniş ərazini əhatə edən konvergent deformasiyadır. İranın şimal-qərbində Ərəbistan plitəsi şimala doğru Avrasiya plitəsinə nisbətən ildə təxminən 20 mm sürətlə hərəkət edir. Təbriz yaxınlığında ərazidə deformasiyada Şimali Təbriz qırılması üstünlük təşkil edir, qərb-şimal-qərb – şərq -cənub-şərqdən sağa doğru hərəkət 858-ci ildən bəri 6 baldan yuxarı 7 tarixi zəlzələnin baş verməsinə səbəb olmuşdur. Digər aktiv qırılma zonası Əhər və Həriş şəhərləri arasında qərb- şərq meylliyidir. Bu zona isə 2012-ci ilin avqust ayında 6.4 bal gücündə zəlzələnin baş verməsinə səbəb olmuş və nəticədə ən azı 38 nəfər həlak olmuş, 3200 nəfər xəsarət almış, onlardan da 268 nəfəri xəstəxanada dünyasını dəyişmişdir. 5.9 bal gücündə zəlzələ Ərəbistan və Avrasiya plitələri arasında sərhəddən təxminən 250 km şimal-şərqə doğru baş vermişdir.
Dərin mavi dəniz (film, 1999)
82 milyon dollarlıq büdcəsi ilə Dərin mavi dəniz filmi, 1993 -cü ildə çəkilmiş Climber (Alpinist) filmindən sonra kommersiya baxımından uğurlu bir film çəkməmiş olan Renni Harlin üçün bir sınaq işi olmuşdur. Film əsasən Meksikanın Rosarito şəhərindəki Fox Baja Studiyalarında çəkilmişdir; Burada çəkiliş qrupu James Cameronun 1997 -ci ildə çəkdiyi “Titanik” filmi üçün tikilmiş böyük su çənlərinin üstündə setlər yaratmışdır. Filmin bəzi səhnələrində əsl köpək balıqlarından istifadə olunsa da, əksər köpək balığı səhnələri ya animatronik, ya da kompüter qrafikası ilə yaradılmışdır. Filmin musiqisini Trevor Rabin bəstələyib; LL Cool J “Deepest Bluest (Shark's Fin)” və “Say What” adlı iki mahnı ilə filmə öz töhfəsini vermişdir. Film sənayesinin yay mövsümündə kinoteatrlarda nümayiş etdirilən Dərin mavi dəniz filmi, ABŞ və Kanadada 73 milyon ABŞ dolları və dünya miqyasında 164 milyon ABŞ dolları gəliri ilə orta miqyasda ticarət uğuru əldə etmişdir. Süzen Makalister “Akvatika” adlı sualtı elmi laboratoriyaya başçılıq edir. Orada mako-köpəkbalığının beynindən hasil edilən maddə əsasında Altsheymer xəstəliyinə qarşı preparat hazırlanır. Həkim Makalister təbiət qaydalarını pozaraq, cövhərin həcmini artırmaq üçün gen mühəndisliyinə əl atır. Eksperiment nəticəsində köpəkbalıqları əsl ağıllı və hiyləgər qatillərə çevrilirlər. Dəniz yırtıcılarından birinin azadlığa çıxması ilə qanlı faciə baş verir.
Xudafərin-dərdi dərin (film, 1990)
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı — 11 dekabr 1988-ci ildəki hadisə, Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilib. 11 dekabr 1988-ci ildə Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsini daşnak terrorçuları qəzaya uğradıb. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilib. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar. Spitak zəlzələsi Leninakan yaxınlığında İl-76 qəzası (1988) Xronologiya Əziz Ələkbərli, "Abşereon şəhidləri", Bakı, "Ağrıdağ", 1997. səh. 45-də Azərbaycan Respublikası Xatirə Kitabı, X cild.
Hind okeanında zəlzələ və sunami (2004)
Hind okeanında zəlzələ və sunami — 26 dekabr 2004-cü ildə baş vermiş zəlzələ. 2004-cü ilin 26 dekabr tarixində Hind okeanında baş vermiş və gücü 9,1-9,3 bal təşkil etmiş zəlzələ müasir tarixin ən məhvedici təbii fəlakətlərindən biri kimi yadda qalan sunamiyə səbəb oldu. Zəlzələnin episentri Hind okeanında, Sumatra (İndoneziya) adasının şimal-şərq sahilləri yaxınlığında qeydə alındı. Zəlzələdən sonra yaranmış sunami İndoneziya, Şri-Lanka, Hindistan və Tayland sahillərinə qədər çatdı. Dalğaların hündürlüyü 15 metrdən çox idi. Maraqlıdır ki, zəlzələ Yeni Zelandiyanın Oklend adalarının qərb sahillərinə yaxın və Avstraliyanın Makkuori adasının şimal sahili yaxınlığında 8,1 bal gücündə qeydə alınmış zəlzələdən 3 gün sonra baş verdi. Bu hadisənin qeyri-adiliyi ondan ibarət idi ki, alimlərin müşahidələrinə əsasən, 8 bal və daha güclü zəlzələlər, orta hesabla, ildə bir dəfə baş verir. Hind okeanında baş vermiş zəlzələ nəticəsində yerin təkindən ixrac olunmuş enerji, təxminən, 2 ekocoul oldu. Bu enerji Yer planetinin hər bir sakini üçün 150 litr su qaynadılması üçün kifayətdir. Zəlzələ bütün planetə təsir etdi və hətta Amerika Birləşmiş Ştatlarında belə 3 mm vertikal tərpənmələrlə qeyd edildi.
Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu
Neft və Qaz İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə. 1951-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspedisiyası təsis edildi. 1960-cı ildə Neft Ekspedisiyasının bazasında Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu yaradıldı. 1965-ci ildə Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu adlandırıldı. 2003-cü ildə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun fəaliyyəti dayandırıldı və Geologiya İnstitutu ilə birləşdirildi. 2015-ci il 17 noyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun bazasında Neft və Qaz İnstitutu yaradıldı. Böyük dərinliklərin karbohidrogen sistemlərinin tədqiqi; Qeyri-ənənəvi karbohidrogenlərin (şist karbohidrogenlərin, qaz hidratların, yanar şistlərin) nəzəri və eksperimental tədqiqi; Neft və qaz yataqlarının işlənməsi sahəsində fundamental tədqiqatların aparılması; “Intellektual yataq” konsepsiyasının nəzəri əsasları; Neft-qaz sahəsinin iqtisadiyyatı və proqnozlaşdırılması; Sənayenin inkişafı ilə bağlı geoekoloji problemlər və onların iqlim dəyişməsinə təsiri. AMEA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu neft və qaz yataqlarının işlənməsinin nəzəriyyəsi və təcrübəsinə mühüm töhfə vermişdir. İnstitutda bir sıra yeni elmi istiqamətlərin əsasları qoyulmuş və inkişaf etdirilmişdir: Mürəkkəb karbohidrogen tərkibə malik (qazkondensat, kondensatneft) yataqların işlənməsinin elmi əsasları; Neft geologiyasında riyazi modelləşdirmə üsulları; Karbohidrogen yataqlarının geoloji modelləşdirilməsi və təbii neft və qaz rezervuarlarının xüsusiyyətlərinin proqnozlaşdırılması; Neft-qaz ehtiyatlarının mənimsənilmə prosesinin optimallaşdırılması məqsədi ilə iqtisadi-riyazi modellərin işlənməsi; Litosferin inkişafının qeyri-klassik nəzəri geomexaniki modelinin yaradılması; Çoxkomponentli qeyri-klassik üçölçülü seysmik kəşfiyyatın nəzəri əsasları və s. Akademik Fəxrəddin Qədirov Əbülfət oğlu Professor Vaqif Kərimov Yunus oğlu Professor Vaqif Qurbanov Şıxı oğlu Ehtibar Əliyev İbrahim oğlu Şəlalə Hüseynova Məhərrəm qızı Neft-qaz geofizikası şöbəsi* Struktur bölmənin rəhbəri - g.-m.e.d.